Məhəmməd Musayev gənclər arasında ikiqat Avropa çempionu olub - YENİLƏNİB

3 Sentyabr 2026 19:25
1 250
Məhəmməd Musayev gənclər arasında ikiqat Avropa çempionu olub

Azərbaycan cüdoçusu Məhəmməd Musayev gənclər arasında ikiqat Avropa çempionu olub.

İdman.Biz xəbər verir ki, Monteneqronun paytaxtı Podqoritsada keçirilən qitə birinciliyinin finalında təmsilçimiz serbiyalı Marko Yorqiçə ipponla qalib gəlib.

Bu, Məhəmməd Musayevin gənclər arasında Avropa çempionatında ikinci qızıl medalı olub.

18:44

Azərbaycan cüdoçusu Ayxan Mirzəzadə Monteneqronun paytaxtı Podqoritsada keçirilən gənclər arasında Avropa çempionatının qızıl medalını qazanıb.

İdman.Biz xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda Fransa təmsilçisi Lusien Tiksyeyə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Azərbaycan qitə yarışında 10 çəki dərəcəsində 14 cüdoçu (9 oğlan, 5 qız) ilə təmsil olunur.

16:54

Monteneqronun paytaxtı Podqoritsada cüdo üzrə gənclər arasında Avropa çempionatı davam edir.

İdman.Biz xəbər verir ki, Ayxan Mirzəzadə (60 kq) möhtəşəm ipponla rəqibinə qalib gələrək finala yüksəlib.

Xədicə Qədəşova (57 kq) isə təsəlliverici mərhələdə növbəti qələbəsini qazanıb. Cüdoçumuz avstriyalı Marlene Şinvaldı məğlub edib.

Qeyd edək ki, gənclər arasında Avropa çempionatı sentyabrın 6-da başa çatacaq.

16:20

Monteneqronun paytaxtı Podqoritsada cüdo üzrə gənclər arasında Avropa çempionatı davam edir.

İdman.Biz xəbər verir ki, Xədicə Qədəşova (57 kq) təsəlliverici görüşdə Macarıstan təmsilçisi Luka Veqini qızıl xal bölümündə vaza-ari ilə üstələyib.

Məhəmməd Musayev (66 kq) isə ardıcıl ikinci il gənclər arasında Avropa çempionatının finalına yüksəlib.

Qeyd edək ki, gənclər arasında Avropa çempionatı sentyabrın 6-da başa çatacaq.

15:01

Monteneqronun paytaxtı Podqoritsada cüdo üzrə gənclər arasında Avropa çempionatı davam edir.

İdman.Biz xəbər verir ki, Məhəmməd Musayev (66 kq) polşalı Yakub Kurovskini ipponla məğlub edərək yarımfinala yüksəlib.

Ayxan Mirzəzadə (60 kq) isə Macarıstan təmsilçisi Bense Qalonu qızıl xalla üstələyərək yarımfinala vəsiqə qazanıb.

Aysun Məmmədova (52 kq) 1/16 finalda ukraynalı Marqarita Miroşniçenkoya məğlub olub.

Xədicə Qədəşova (57 kq) 1/8 finalda Sloveniya təmsilçisi Nika Tomçaya uduzub.

Qeyd edək ki, gənclər arasında Avropa çempionatı sentyabrın 6-da başa çatacaq.

13:35

Monteneqronun paytaxtı Podqoritsada cüdo üzrə gənclər arasında Avropa çempionatı davam edir.

İdman.Biz xəbər verir ki, Məhəmməd Musayev (66 kq) 1/8 final görüşündə rusiyalı İslam Sultiqova ipponla qalib gəlib.

Bu nəticə ilə cüdoçumuz 1/4 finala yüksəlib.

Qeyd edək ki, gənclər arasında Avropa çempionatı sentyabrın 6-da başa çatacaq.

13:22

Monteneqronun paytaxtı Podqoritsada cüdo üzrə gənclər arasında Avropa çempionatı davam edir.

İdman.Biz xəbər verir ki, Aytən Verdiyeva (57 kq) çexiyalı Marketa Korçakova ilə görüşdə məğlub olub.

Ayxan Mirzəzadə (60 kq) isə Fransa təmsilçisi Amza Çattiyə vaza-ari xalı ilə qalib gələrək 1/4 finala yüksəlib.

Qeyd edək ki, gənclər arasında Avropa çempionatı sentyabrın 6-da başa çatacaq.

12:46

Monteneqronun paytaxtı Podqoritsada cüdo üzrə gənclər arasında Avropa çempionatı start götürüb.

İdman.Biz xəbər verir ki, Azərbaycan millisinin üzvü Məhəmməd Musayev (66 kq) ilk görüşündə estoniyalı Robert Yakimova ipponla qalib gələrək 1/8 finala vəsiqə qazanıb.

Ayxan Mirzəzadə (60 kq) də Avropa çempionatında ilk görüşünü qələbə ilə başa vurub. Cüdoçumuz 1/16 finalda Kipr idmançısı Stratos Çaralampusu ağrılı fəndlə mübarizədən kənarlaşdırıb.

Gülgəz Musayeva (48 kq) 1/16 finalda məğlubiyyətlə üzləşib.

Nərgiz Əhmədova (48 kq) isə ilk görüşündə portuqaliyalı Mariana Pereyraya məğlub olub.

Qeyd edək ki, gənclər arasında Avropa çempionatı sentyabrın 6-da başa çatacaq.

09:54

Bu gün Monteneqronun paytaxtı Podqoritsada cüdo üzrə gənclər arasında Avropa çempionatı start götürəcək.

İdman.Biz xəbər verir ki, ilk yarış günündə beş çəki dərəcəsində yeddi cüdoçumuz mübarizə aparacaq.

Qızlar arasında 48 kq çəki dərəcəsində 1/16 finalda Nərgiz Əhmədova Mariana Pereyra (Portuqaliya), Gülgəz Musayeva isə Kseniya Vayner (Moldova) ilə qarşılaşacaq.

52 kq-da Aysun Məmmədova 1/16 finalda Marqarita Miroşniçenko (Ukrayna) ilə üz-üzə gələcək.

57 kq çəki dərəcəsində Aytən Verdiyeva 1/16 finalda Marketa Korçakova (Çexiya) ilə qarşılaşacaq. Eyni çəkidə Xədicə Qədəşova mübarizəyə 1/8 finaldan başlayacaq və Nika Tomç (Sloveniya) – Luka Veq (Macarıstan) cütünün qalibi ilə üz-üzə gələcək.

Oğlanların yarışında 60 kq çəki dərəcəsində Ayxan Mirzəzadə 1/16 finalda Stratos Çaralampus (Kipr) ilə qarşılaşacaq.

66 kq-da isə Məhəmməd Musayev 1/16 finalda Robert Yakimov (Estoniya) ilə üz-üzə gələcək.

Təsnifat mərhələsi saat 11:30-da, final bloku isə saat 18:00-da başlayacaq.

İdman.Biz