“Monako” PSJ ilə matçda geridönüş edərək vahid lider olub - YENİLƏNİB + VİDEO

5 Sentyabr 2026 01:18
1 192
“Monako” PSJ ilə matçda geridönüş edərək vahid lider olub

“Monako” Fransa Liqa 1-in üçüncü turunda PSJ-ni məğlub edib.

İdman.Biz xəbər verir ki, “Park de Prens” stadionundakı görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Parisilər otuz birinci dəqiqədə hesabı açıblar. Xviça Kvaratsxeliyanın ötürməsindən sonra “PSJ”nin kapitanı Markinyos sinəsi ilə topu qapıya daxil edib.

Fasilədən sonra “Monako” görüşün gedişini dəyişib. 58-ci dəqiqədə Flaviu Nazinyu başla zərbə vuraraq tarazlığı bərpa edib. Qonaqlar qələbə qolunu 72 dəqiqədə vurublar: Aleksandr Qolovinin ötürməsindən sonra Stanis İdumbo qapının yaxın küncünü nişan alıb.

“Monako” çempionatda keçirdiyi hər üç matçda qalib gəlib və 9 xalla Liqa 1-in turnir cədvəlinə liderlik edir. PSJ 2 xalla 12-ci yerdə qərarlaşıb.

23:18

“Lion” futbol üzrə Fransa Liqa 1-in üçüncü turunda “Oser”i məğlub edib.

İdman.Biz xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

“Lion” 28-ci dəqiqədə Ernest Nuamanın ötürməsindən sonra Feliks Baçerin qolu ilə hesabı açıb. Daha sonra Lua Opendanın assist etdiyi Zakari Atekame meydan sahiblərinin üstünlüyünü artırıb. “Oser” 42-ci dəqiqədə qollardan birinin əvəzini çıxıb.

Matçda yekun hesabı 53-cü dəqiqədə Nuama müəyyənləşdirib.

Üç turdan sonra “Lion” 7 xal toplayıb. Komanda iki qələbə qazanıb və bir heç-heçə edib. “Oser” isə ardıcıl üçüncü məğlubiyyətini alıb.

İdman.Biz