“Alaves” son dəqiqələrdə “Malaqa”ya məğlubiyyətdən xilas oldu - VİDEO

24 Oktyabr 2026 01:06
90
“Alaves” son dəqiqələrdə “Malaqa”ya məğlubiyyətdən xilas oldu

İspaniya La Liqasının onuncu turunun açılış oyununda “Alaves” doğma meydanda “Malaqa” ilə 1:1 hesablı heç-heçə edib.

İdman.Biz xəbər verir ki, “Mendisorrosa” stadionunda keçirilən qarşılaşmada hesabı qonaqlar açıblar. Adrian Nyo 44-cü dəqiqədə fərqlənərək “Malaqa”nı önə keçirib.

Meydan sahibləri məğlubiyyətdən yalnız matçın sonlarında xilas olublar. Aitor Manyas 89-cu dəqiqədə bərabərlik qolunu vuraraq komandasına bir xal qazandırıb.

Bu nəticədən sonra “Alaves” 12 xalla turnir cədvəlində yeddinci pillədə qərarlaşıb. Cari mövsümdə hələ qələbə qazana bilməyən “Malaqa” isə beş xalla sonuncu yerdədir.

İdman.Biz