“Nitsa” “Brest”lə oyunda geridönüş edərək qələbə qazandı

24 Oktyabr 2026 00:57
83
“Nitsa” “Brest”lə oyunda geridönüş edərək qələbə qazandı

Fransa Liqa 1-in səkkizinci turunun açılış oyununda “Nitsa” səfərdə “Brest”i 2:1 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, oktyabrın 23-də keçirilən qarşılaşmada hesabı meydan sahibləri açıblar. Ludovik Ajorq 15-ci dəqiqədə fərqlənərək “Brest”i önə keçirib. İlk hissə ev sahiblərinin minimal üstünlüyü ilə başa çatıb.

Fasilədən sonra təşəbbüsü ələ alan “Nitsa” 61-ci dəqiqədə Elye Vainin qolu ilə hesabı bərabərləşdirib. Qarşılaşmanın 83-cü dəqiqəsində isə Sofyan Diop fərqlənərək qonaqlara qələbə qazandırıb.

Beləliklə, “Nitsa” hesabda geri düşdüyü matçda geridönüş edərək səfərdən üç xalla ayrılıb.

İdman.Biz