Elvin Yunuszadənin komandası Türkiyədə ağır məğlubiyyətə uğradı

24 Oktyabr 2026 00:51
90
Elvin Yunuszadənin komandası Türkiyədə ağır məğlubiyyətə uğradı

Azərbaycanlı müdafiəçi Elvin Yunuszadənin çıxış etdiyi “Boluspor” Türkiyə Birinci Liqasında növbəti məğlubiyyətini alıb.

İdman.Biz xəbər verir ki, komanda 12-ci tur çərçivəsində doğma meydanda “Vanspor”u qəbul edib və 0:3 hesabı ilə uduzub.

Qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayan Yunuszadə yalnız 90-cı dəqiqədə meydana daxil olub. Həmin vaxt qonaqlar artıq iki top fərqi ilə öndə idilər. Azərbaycanlı futbolçunun oyuna qoşulması da matçın gedişini dəyişməyib.

Bu məğlubiyyətdən sonra “Boluspor”un turnir cədvəlindəki vəziyyəti daha da ağırlaşıb. Cəmi bir xalı olan komanda Türkiyə Birinci Liqasında sonuncu pillədə qərarlaşıb.

İdman.Biz