“Qəbələ” mövsümdə ilk qələbəsini qazandı - YENİLƏNİB + VİDEO

4 Sentyabr 2026 19:54
1 005
“Qəbələ” mövsümdə ilk qələbəsini qazandı

Misli Premyer Liqasının dördüncü turunun ilk oyununda “Qəbələ” və “İmişli” komandaları qarşılaşıb.

İdman.Biz xəbər verir ki, qarşılaşmanın qalibi “Qəbələ” komandası olub. Meydan sahibləri 3 oyundan sonra qələbəyə sevinib.

Meydan sahiblərinin heyətində Kouya Mabea 15-ci və Karim Rossi isə 66-cı dəqiqədə fərqlənib. Qonaqların qolunu isə ilk hissəyə artırılmış ikinci dəqiqədə Dieqo Almeyda vurub.

19:28

“Qəbələ” - “İmişli” oyununda meydan sahibləri ikinci qolu vurublar.

İdman.Biz xəbər verir ki, meydan sahiblərinin ikinci qolunu Karim Rossi 66-cı dəqiqədə vurub.

19:04

“Qəbələ” - “İmişli” oyununda ikinci hissə başlayıb.

İdman.Biz xəbər verir ki, ilk hissədən sonra hesab 1:1-dir.

18:49

“Qəbələ” - “İmişli” oyununda birinci hissə başa çatıb.

İdman.Biz xəbər verir ki, birinci hissədə meydan sahibləri 15-ci dəqiqədə Kouya Mabeanın qolu ilə hesabda 1:0 hesabı ilə öndədir.

“İmişli” birinci hissədə penalti qazansa da, qapıçı Səlahət Ağayev Dieqo Almeydanın zərbəsini dəf edib.

İlk hissənin son dəqiqələrində qonaqlar Almeydanın qolu ilə hesabı bərabərləşdirib.

18:16

Qəbələ” - “İmişli” oyununda hesab açılıb.

İdman.Biz xəbər verir ki, meydan sahibləri 15-ci dəqiqədə Kouya Mabeanın qolu ilə önə keçib.

18:05

“Qəbələ” Misli Premyer Liqasının dördüncü turunda Qəbələ şəhər stadionunda “İmişli”ni qəbul edir.

İdman.Biz xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən qarşılaşmanı Rauf Cabarov idarə edir.

17:22

“Qəbələ” Misli Premyer Liqasının dördüncü turunda Qəbələ şəhər stadionunda “İmişli”ni qəbul edir.

İdman.Biz xəbər verir ki, komandalar saat 18:00-da start götürəcək qarşılaşmada meydana aşağıdakı heyətlərlə çıxacaq:

“Qəbələ”: 1. Səlahət Ağayev (k) 10. Şahin Şahniyarov 27. Eşqin Əhmədov 24. İsmael Akinade 9. Karim Rossi 6. Xayme Syerra 12. Kouya Mabea 16. İsaak Amoah 5. Natan Monzanqo 80. Meşak Uboçioma 3. Edson Eduardo
Ehtiyat oyunçular: 32. Artur Motta 94. Həbib Hüşənov 11. Asif Məmmədov 22. Fərid İsgəndərov 13. Nicat Əliyev 74. Süleyman Damadayev 66. Nuğay Rəşidov 2. Aqşin Yaqubov 21. Ziya Şəkərxanov 19. Xəyyam Məmmədli 30. Cuma Hüseynov 7. Bruno Silva
Məşqçi: Manaf Kələntərli

“İmişli”: 1. Yusif İmanov 14. Bəxtiyar Həsənalızadə 19. Azər Salahlı (k) 77. Fərid Nəbiyev 5. İdris İnqilablı 17. Seyxan Fərəcov 11. Vüsal Qənbərov 29. Edvin Banquera 9. Dioqo Almeyda 23. Dioqo Rollo 7. Luis Silvestr
Ehtiyat oyunçular: 22. Sadiq Məmmədzadə 55. Murad Ələkbərov 33. Əkbər Eyubov 30. Xəlil Mürsəlli 6. Yau Mozes 10. Dioqo Kardozu 80. Deko 8. Xuan Hernandes 42. Sebai Senin
Baş məşqçi: Fərid Namazov

09:24

Bu gün futbol üzrə Misli Premyer Liqasının dördüncü turunun oyunu “Qəbələ” “İmişli” arasında baş tutacaq.

İdman.Biz xəbər verir ki, saat 18:00-da start götürəcək turun mərkəzi qarşılaşmasını Rauf Cabarov idarə edəcək.

“Qəbələ” bir xalla turnir cədvəlinin 10-cu pilləsində yer alıb. Dörd xala malik “İmişli” isə altıncıdır.

Misli Premyer Liqası
Birinci dövrə, Dördüncü tur
4 sentyabr (cümə)
18:00. “Qəbələ” - “İmişli”

Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Rəvan Həmzəzadə.
VAR: Rəşad Əhmədov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi:
Qəbələ şəhər stadionu

Qeyd edək ki, tura sentyabrın 6-da yekun vurulacaq.

İdman.Biz