“Şamaxı” səfərdə “Kəpəz”i darmadağın etdi - YENİLƏNİB + VİDEO

4 Sentyabr 2026 22:07
1 115
“Şamaxı” səfərdə “Kəpəz”i darmadağın etdi

Misli Premyer Liqasının dördüncü turunda bu gün keçirilən "Kəpəz" - "Şamaxı" matçı başa çatıb.

İdman.Biz xəbər verir ki, Gəncə şəhər stadionunda keçirilən oyunda "Şamaxı" dörd, "Kəpəz" isə bir qol vurub.

Şamaxı təmsilçisinin heyətində Tornike Axvlediani 9-cu, Uğur Cahangirov 21-ci, Ayman Bouali 63-cu dəqiqədə və Həbib İsmayılov 76-cı dəqiqədə fərqlənib.

Meydan sahiblərinin yeganə qolunu isə 58-ci dəqiqədə Desmond Akua vurub.

Maraqlı məqam kimi bunu da qeyd edək ki, ötən mövsüm Azər Bağırov “Kəpəz”in baş məşqçisi olarkən onun komandası “Şamaxı”nı 4:1 hesabı ilə məğlub edib. İndi isə Bağırov “Şamaxı”nı çalışdırır və onun rəhbərlik etdiyi komanda sabiq klubuna eyni – 4:1 hesabla qalib gəlib.

Bu qələbədən sonra “Şamaxı” beş xal toplayaraq turnir cədvəlində beşinci pilləyə yüksəlib. “Turan-Tovuz”, “Qəbələ” və “İmişli”nin dörd xalı var və müvafiq olaraq altıncı, yeddinci və səkkizinci yerləri tuturlar. Üç xalı olan “Kəpəz” doqquzuncu mövqeyə enib. Turnir cədvəlinə doqquz xalla “Zirə” liderlik edir, ardınca hərəyə altı xalı olan “Neftçi”, “Qarabağ” və “Sabah” qərarlaşıblar.

21:49

"Kəpəz" - "Şamaxı" qarşılaşmasında qonaq komanda dörduncu qolu vurub.

İdman.Biz xəbər verir ki, qonaqların heyətində Həbib İsmayılov 76-cı dəqiqədə fərqlənib.

21:37

"Kəpəz" - "Şamaxı" qarşılaşmasında qonaq komanda daha bir qol vurub.

İdman.Biz xəbər verir ki, qonaqların heyətində 63-cu dəqiqədə Ayman Bouali fərqlənib.

Hazırda hesab 1:3-dur.

21:31

"Kəpəz" - "Şamaxı" qarşılaşmasında meydan sahibləri hesabda fərqi azaldıb.

İdman.Biz xəbər verir ki, "Kəpəz"in heyətində Desmond Akua 58-ci dəqiqədə fərqlənib.

21:17

"Kəpəz" - "Şamaxı" qarşılaşmasında ikinci hissə başladı

İdman.Biz xəbər verir ki, oyunun birinci hissəsində qonaq komanda meydan sahiblərini iki dəfə məyus edib.

Şamaxı komandasının heyətində Tornike Axvlediani və Uğur Cahangirov fərqlənib.

21:03​

“Kəpəz” - “Şamaxı” oyununun birinci hissəsi başa çatıb.

İdman.Biz xəbər verir ki, ilk hissədə qonaqlar iki dəfə fərqlənib - 0:2.

20:36

“Kəpəz” - “Şamaxı” oyununda qonaqlar hesabda fərqi artırıb - 0:2.

İdman.Biz xəbər verir ki, qonaqların heyətində Uğur Cahangirov 21-ci dəqiqədə Premyer Liqada ilk qolunu vurub.

“Şamaxı”nın birinci qolunu Tornike Axvlediani doqquzuncu dəqiqədə vurub.

20:26

“Kəpəz” - “Şamaxı oyununda qonaqlar hesabı açıb.

İdman.Biz xəbər verir ki, qonaqların heyətində Tornike Axvlediani doqquzuncu dəqiqədə fərqlənib.

20:15

Misli Premyer Liqasının dördüncü turu çərçivəsində “Kəpəz” “Şamaxı”nı qəbul edir.

İdman.Biz xəbər verir ki, qarşılaşma Gəncə şəhər stadionunda keçirilir.

19:26

Misli Premyer Liqasının dördüncü turunda bu gün keçiriləcək "Kəpəz" - "Şamaxı" matçı üçün heyətlər açıqlanıb.

İdman.biz xəbər verir ki, komandalar saat 20:15-də başlayacaq oyuna aşağıdakı tərkibdə çıxacaqlar:

“Kəpəz”: 1. Rojerio Santos 7. Namik Ələskərov 20. Rafael Məhərrəmli 29. Dioqo Verdaska (k) 9. Kennet Kalunqa 21. Azuma Abubakar 11. Viktor Stina 3. Mahamadu Ba 14. Adama Fofana 4. Mate Abuladze 27. Desmond Akua

Ehtiyat oyunçular: 94. Rəşad Əzizli 81. Elgün Bayramov 34. Urfan Abbasov 10. Rəhman Hacıyev 6. Vadim Abdullayev 99. Əli Səmədov 8. Şakir Seyidov 17. Ümid Səmədov 2. Arzu Atakişiyev 70. Şahnur İsmayılov 66. David Domqjoni 33. Benito

“Şamaxı”: 1. Rikardo Fernandes (k) 5. Emin Rüstəmov 97. Oruc Məmmədov 10. Edqar Adilxanov 25. Filipe Markes 13. Rikardo Apolinario 9. Tornike Axvlediani 11. Ayman Bouali 3. Jota 4. Rui Paşeko 52. Abdul Raşid Mumini

Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 96. Nicat Qaragözlü 14. Uğur Cahangirov 80. Həbib İsmayılov 2. Fariz Xeyrullayev 7. Emil Süleymanov 77. Okan Təhməzli 88. Hacıəli Şirəliyev 17. Sənan Muradlı 66. Ceyhun Bağırzadə 8. Teşaqer Dequ 19. Abdullahi Şuaybu

10:12

Bu gün futbol üzrə Misli Premyer Liqasının dördüncü turu çərçivəsində ikinci qarşılaşma Gəncə şəhər stadionunda keçiriləcək.

İdman.Biz xəbər verir ki, “Kəpəz” “Şamaxı”nı qəbul edəcək.

Oyun saat 20:15-də başlayacaq. “Kəpəz” üç xalla turnir cədvəlinin yeddinci pilləsində yer alıb. İki xala malik “Şamaxı” isə doqquzuncudur.

Misli Premyer Liqası
Birinci dövrə, Dördüncü tur
4 sentyabr (cümə)

20:15. “Kəpəz” - “Şamaxı”
Hakimlər: Vüqar Həsənli, Rəhman İmami, Gülnurə Əkbərzadə, Namiq Bəkirov.
VAR: Nicat İsmayıllı.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi:
Gəncə şəhər stadionu

Qeyd edək ki, tura sentyabrın 6-da yekun vurulacaq.

İdman.Biz