Mourinyo Asensiodan danışdı: “Klubun nüfuzuna zərər vurub”

3 Sentyabr 2026 18:30
108
Mourinyo Asensiodan danışdı: “Klubun nüfuzuna zərər vurub”

Madrid “Real”ının baş məşqçisi Joze Mourinyo komandanın müdafiəçisi Raul Asensio ətrafındakı vəziyyəti şərh edib.

Xatırladaq ki, avqustun 16-da 23 yaşlı futbolçu Qran-Kanariya adasında avtomobil idarə edərkən polis tərəfindən saxlanılıb. Aparılan test zamanı onun qanında normadan artıq alkoqol aşkarlanıb.

Asensio cərimələnib və səkkiz ay müddətinə sürücülük hüququndan məhrum edilib.

İdman.Biz xəbər verir ki, məsələyə klubun baş məşqçisi Joze Mourinyo da münasibət bildirib. Onun açıqlamasını “Marca” nəşri dərc edib.

“Onunla gəlişimdən sonra keçmişdə baş verən bəzi məsələlərlə bağlı danışdım. Mən gələndən bəri meydandan kənar hadisələr barədə daha danışmıram. Məşqlərdə isə o, nümunəvi peşəkardır: vəziyyəti yaxşı olanda heç kim ondan daha çox və daha yaxşı məşq etmirdi.

Hazırda məşqlərə ilk gələn və son gedən odur. Amma “Real”ın futbolçusu 24 saat, həftənin 7 günü və ilin 12 ayı “Real”ın futbolçusudur. Meydandan kənarda etdiyin hər şey yenə də “Real”a aid edilir. Bu isə toxunulmaz olan klubun nüfuzuna zərər vurmaqda davam edir. Mən bundan məmnun deyiləm. Hamı səhv edir, amma səhvlərin üst-üstə yığılması artıq başqa məsələdir.

Klub araşdırmaya başlayıb. Araşdırma davam etdiyi müddətdə mən onu “Real”ın futbolçusu hesab edirəm. O, zədəlidir və daha bir neçə həftə zədəli qalacaq. Bu da mənə bu məsələyə müdaxilə etməməyə kömək edir”, - Mourinyo bildirib.

İdman.Biz