“Zirə” ilk üç turda qələbə seriyasını davam etdirib

31 Avqust 2026 12:44
95
“Zirə” ilk üç turda qələbə seriyasını davam etdirib

“Zirə” futbol komandası Misli Premyer Liqasının startında ardıcıl 3 matçda qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Bildirilib ki, son üç mövsümdə ilk dəfə iştirakçılardan biri turnirə belə seriya ilə start verib.

Sonuncu belə hadisə 2023/2024 mövsümünə təsadüf edib. Həmin vaxt da qəsəbə təmsilçisi ardıcıl üç qələbə qazanıb. 2017/2018 mövsümündə də eyni göstəriciyə imza atan Bakı klubu tarixində 3-cü dəfə ilk üç oyunda xal itirməyib.

Qeyd edək ki, ümumilikdə 35 mövsümdə 36 dəfə komandalardan biri ilk 3 görüşdə qalib gəlib və belə uğura 18 fərqli klub nail olub.

İdman.Biz
Məqalədə: