“Sabah”ın rəqibləri arasında transfer: “Mançester Yunayted”in yetirməsi “Arsenal”da

31 Avqust 2026 12:59
91
“Sabah”ın rəqibləri arasında transfer: “Mançester Yunayted”in yetirməsi “Arsenal”da

“Sabah”ın Çempionlar Liqasındakı rəqiblərindən “Arsenal” heyətinə yeni futbolçu cəlb edib.

İdman.Biz xəbər verir ki, Londonun “Arsenal” klubu “Mançester Yunayted”in yetirməsi Həbib Oqunnayenin transferini rəsmiləşdirib.

20 yaşlı müdafiəçi “qırmızı şeytanlar”ın akademiyasından çıxıb. Oqunnaye ötən mövsümü İngiltərə ikinci divizionunun “Nyuport Kaunti” klubunda icarə əsasında keçirib.

Qeyd edək ki, “Sabah” Çempionlar Liqasının əsas mərhələsində “Arsenal” və “Mançester Yunayted”lə üz-üzə gələcək.

İdman.Biz