Brunu Fernandeş “Mançester Yunayted”də üçüncü het-trikini etdi

31 Avqust 2026 11:59
91
Brunu Fernandeş “Mançester Yunayted”də üçüncü het-trikini etdi

“Mançester Yunayted” futbol klubunun yarımmüdafiəçisi Brunu Fernandeş İngiltərə çempionatının ikinci turunda “İpsviç”ə qarşı keçirilən ev oyununda (5:2) het-triklə yadda qalıb.

İdman.Biz “Squawka” statistika resursuna istinadən xəbər verir ki, 31 yaşlı portuqaliyalı futbolçu bununla het-triklərinin sayını 3-ə çatdırıb.

B.Fernandeş bu göstəricidə 2003-2009 və 2021-2022-ci illərdə “Mançester Yunayted”də çıxış etmiş həmyerlisi Kriştianu Ronaldunu yaxalayıb.

Fernandeş 2020-ci ilin yanvarından İngiltərə klubunun formasını geyinir. Onun “Mançester Yunayted”lə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

Qeyd edək ki, portuqaliyalı yarımmüdafiəçi 2025/2026 mövsümünün yekunlarına əsasən İngiltərə Peşəkar Futbolçular Assosiasiyası (PFA) tərəfindən ilin ən yaxşı futbolçusu seçilib. O, Ronaldudan sonra bu mükafata layiq görülən ikinci portuqaliyalı oyunçudur. Kriştianu Ronaldo isə 2006/2007 və 2007/2008 mövsümlərində PFA-nın ilin futbolçusu seçilib.

İdman.Biz