Bu gün Misli Premyer Liqasının üçüncü turunda “Qarabağ”ı qəbul edəcək “Sumqayıt”ın heyətində itkilər bəlli olub.
Bu barədə “kimyaçılar”ın mətbuat katibi Zaur Xudiyev İdman.Biz-ə məlumat verib.
O bildirib ki, “Neftçi” ilə oyunda qırmızı vərəqə aldıqdan sonra emosional davranışı zamanı zədələnən Səbuhi Abdullazadə həm cəza, həm də zədə səbəbindən bugünkü matçda iştirak edə bilməyəcək.
“Ondan başqa, qapıçımız Jeymes Almeyda ilə Roi Kehat da zədə səbəbindən bugünkü matçda olmayacaqlar”, - deyə o açıqlamasında bildirib.
Qeyd edək ki, “SOCAR Polymer Arena”da keçiriləcək “Sumqayıt” - “Qarabağ” oyunu saat 20:15-də başlayacaq
