“Qarabağ” Dani Bolt ilə vidalaşıb

31 Avqust 2026 12:12
101
“Qarabağ” Dani Bolt ilə vidalaşıb

“Qarabağ” futbol klubu braziliyalı müdafiəçi Dani Bolt ilə yollarını ayırıb.

İdman.Biz xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Braziliyalı müdafiəçinin karyerasını Malayziya çempionatında çıxış edən “Cohor Darul-Tazim” klubunda davam etdirəcəyi deyilir.

Qeyd edək ki, 2025-ci ilin yayında “Qarabağ”a keçən müdafiəçi bu müddətdə 43 matçda meydana çıxıb və 1 qol vurub.

Xatırladaq ki, “Qarabağ” Niderlandın “Tvente” klubuna məğlub olaraq avrokuboklarda mübarizəni dayandırıb. Ağdam təmsilçisi 12 ildən sonra ilk dəfə avrokubokların əsas mərhələsində iştirak edə bilməyib.

İdman.Biz