“İnter Mayami” futbol klubunun baş məşqçi səlahiyyətlərini icra edən Gilyermo Olyos Kiki Qonsalesin komandanın sükanı arxasına gətirilməsi ilə bağlı açıqlama verib. Mütəxəssis ABŞ-də işləmək üçün icazə aldıqdan sonra vəzifəsinin icrasına başlayacaq.
İdman.Biz xəbər verir ki, Olyos Qonsalesin təyinatında Lionel Messinin rolunun olmadığını deyib.
“Qonsalesin təyin olunması Lionel Messinin ideyası deyildi. Bu, klubun seçimidir. Komandaya çox yaxşı uyğun gələn məşqçi tapıldı. Bu, mənim şəxsi fikrimdir. Qonsales “İnter Mayami”ni yeni səviyyəyə yüksəldə bilər”, – deyə mütəxəssis açıqlamasında bildirib.
Qeyd edək ki, “İnter Mayami” hazırda MLS-in Şərq Konfransının turnir cədvəlində ikinci pillədə qərarlaşıb. Florida təmsilçisi lider “Neşvill”dən 10 xal geri qalır.
