Azərbaycan futbol klubu “Sabah”ın Çempionlar Liqasının liqa mərhələsindəki rəqibləri ilə bağlı maraqlı statistika açıqlanıb.
İdman.Biz xəbər verir ki, Niderlandın və ümumilikdə Avropanən məşhur futbol statistikası portalı “Football Meets Data” Çempionlar Liqasının liqa mərhələsinin püşkatmasının nəticələrini təhlil edərək komandaların rəqiblərinin çətinlik dərəcəsinə görə reytinq hazırlayıb.
Hesablamalara əsasən, ən çətin püşk “Sabah”a düşüb. Azərbaycan çempionunun göstəricisi +42 təşkil edib. “Sabah”ı “Mançester Siti” (+39), “Lans” (+33), “Brügge” (+26) və “Komo” (+25) izləyir.
Reytinqin digər başında isə “Ştutqart” qərarlaşıb. Almaniya klubunun püşkünün çətinlik göstəricisi -48 olub. Daha sonra “İnter” (-36), “Real” (-28), “Şaxtyor” (-28) və LASK (-21) gəlir.
Qeyd edək ki, göstərici nə qədər yüksəkdirsə, komandanın qarşılaşacağı rəqiblərin bir o qədər güclü olduğu hesab olunur. Mənfi göstərici isə daha asan püşkü ifadə edir.
Qeyd edək ki, “Sabah” tarixində ilk dəfə Çempionlar Liqasının liqa mərhələsinə yüksəlib. Azərbaycan çempionu burada futbol nəhəngləri ilə qarşılaşacaq.
“Sabah” Bakıda “Barselona”, Dortmund “Borussiya”sı, “Napoli” və Praqa “Slaviya”sını qəbul edəcək. Səfərdə isə Azərbaycan çempionu “Arsenal”, “Mançester Yunayted”, “Vilyarreal” və Norveçin “Vikinq” klubu ilə üz-üzə gələcək.
Çempionlar Liqasının liqa mərhələsində oyunlara sentyabrın 8-də start veriləcək.
