Məşhur britaniyalı televiziya aparıcısı “Arsenal”ın ÇL-də rəqibləri ilə bağlı fikrini bölüşüb

29 Avqust 2026 10:53
84
Məşhur britaniyalı televiziya aparıcısı “Arsenal”ın ÇL-də rəqibləri ilə bağlı fikrini bölüşüb

İngiltərənin məşhur televiziya aparıcısı və “Arsenal” azarkeşi Pirs Morqan “topçular”ın Çempionlar Liqasının liqa mərhələsindəki püşkünü asan hesab edib.

İdman.Biz xəbər verir ki, Morqan sosial şəbəkə hesabında “Çempionlar Liqasında asan püşk” fikrini yazıb.

“Arsenal” bu mərhələdə evdə “Real Madrid”, Dortmund “Borussiya”sı, “Lill” və “Sabah”la, səfərdə isə “Bavariya”, “Betis”, “Napoli” və Praqa “Slaviya”sı ilə qarşılaşacaq.

Yeni mövsümdən etibarən tətbiq olunan qaydaya əsasən, klub eyni rəqiblə ardıcıl üç mövsümdə onun meydanında qarşılaşa bilməz. Bu səbəbdən “Arsenal” Milandakı “San-Siro” stadionunda “İnter”lə oynamaqdan yayınıb.

Qeyd edək ki, Qeyd edək ki, “Sabah” tarixində ilk dəfə Çempionlar Liqasının liqa mərhələsinə yüksəlib. Azərbaycan çempionu burada futbol nəhəngləri ilə qarşılaşacaq.

“Sabah” Bakıda “Barselona”, Dortmund “Borussiya”sı, “Napoli” və Praqa “Slaviya”sını qəbul edəcək. Səfərdə isə Azərbaycan çempionu “Arsenal”, “Mançester Yunayted”, “Vilyarreal” və Norveçin “Vikinq” klubu ilə üz-üzə gələcək.

Çempionlar Liqasının liqa mərhələsində oyunlara sentyabrın 8-də start veriləcək.

İdman.Biz