De Bruyne “Mançester Siti”yə qarşı gözlənilən oyundan danışıb

29 Avqust 2026 09:53
85
De Bruyne “Mançester Siti”yə qarşı gözlənilən oyundan danışıb

“Napoli”nin yarımmüdafiəçisi Kevin De Bruyne Çempionlar Liqasının əsas mərhələsində sabiq komandası “Mançester Siti” ilə qarşılaşacaq.

İdman.Biz xəbər verir ki, Belçika millisinin üzvü 10 il formasını geyindiyi İngiltərə klubuna qarşı oynamağı sevmədiyini bildirib.

“Mən “Mançester Siti”yə qarşı oynamağı sevmirəm. Bu komanda həmişə mənim komandam olacaq və bunun belə olması normaldır. Mən orada 10 il keçirmişəm. Həmin yol, inkişaf və qələbələr heç vaxt yox olmayacaq. Onlara qarşı rəqib kimi meydana çıxmaq xoşuma gəlməyən məqamdır”, – deyə De Bruyne açıqlamasında bildirib.

Qeyd edək ki, De Bruyne 2015-2025-ci illərdə “Mançester Siti”də çıxış edib.

İdman.Biz
Məqalədə: