Çempionlar Liqasının əsas mərhələsinin bütün iştirakçıları müəyyənləşib

27 Avqust 2026 01:45
84
Çempionlar Liqasının əsas mərhələsinin bütün iştirakçıları müəyyənləşib

UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün Liqa mərhələsində çıxış edəcək bütün komandalar bəlli olub.

İdman.Biz xəbər verir ki, Turnirin əsas mərhələsində ümumilikdə 36 klub mübarizə aparacaq.

iştirakçılardan 29-u Liqa mərhələsinə birbaşa vəsiqə qazanıb, daha 7 komanda isə pley-off mərhələsini uğurla keçərək bu siyahıya qoşulub. Son dörd vəsiqənin sahibi “Fənərbağça”, AEK, “Vikinq” və “Slovan” olub.

Azərbaycanı turnirdə “Sabah” təmsil edəcək. Bakı klubu pley-off mərhələsində İsrailin “Hapoel” (Beer-Şeva) komandasını iki oyunun nəticəsinə görə 6:4 hesabı ilə üstələyərək tarixində ilk dəfə Çempionlar Liqasının Liqa mərhələsinə yüksəlib.

Çempionlar Liqasının Liqa mərhələsinin iştirakçıları:

Azərbaycan: “Sabah”

Türkiyə: “Qalatasaray”, “Fənərbağça”

İngiltərə: “Arsenal”, “Mançester Siti”, “Mançester Yunayted”, “Aston Villa”, “Liverpul”

İspaniya: “Barselona”, “Real” Madrid, “Vilyarreal”, “Atletiko” Madrid, “Betis”

İtaliya: “İnter”, “Napoli”, “Roma”, “Komo”

Almaniya: “Bavariya”, “Borussiya” Dortmund, “RB Leyptsiq”, “Ştutqart”

Fransa: PSJ, “Lans”, “Lill”

Niderland: PSV, “Feyenoord”

Portuqaliya: “Portu”, “Sportinq”

Norveç: “Budö-Qlimt”, “Vikinq”

Belçika: “Brügge”

Çexiya: “Slaviya”

Ukrayna: “Şaxtyor”

Avstriya: LASK

Yunanıstan: AEK

Slovakiya: “Slovan”

Liqa mərhələsinin püşkatma mərasimi avqustun 27-də keçiriləcək. Püşkatmada 36 komanda UEFA əmsalına əsasən dörd səbətə bölünəcək.

İdman.Biz