İspaniyanın “Real” futbol komandasının baş məşqçisi Joze Mourinyo La Liqanın ikinci turunda “Real Sosyedad” üzərindəki qələbədən sonra komandasının çıxışını və fransalı futbolçu Kilian Mbappenin üç qolunu yüksək qiymətləndirib.
İdman.Biz xəbər verir ki, portuqaliyalı mütəxəssis xüsusilə Kilian Mbappenin het-trikini qeyd edib. O, komanda oyununu fərdi çıxışlardan üstün tutduğunu, lakin fransalı hücumçunun göstərdiyi performansın möhtəşəm olduğunu bildirib.
“Real Sosyedad” bizi təəccübləndirdi. Onlar çox güclü pressinq etdilər və bizim üçün çətin idi. Amma sakitliyimizi qoruduq.
Biz komandayıq. Görülən iş möhtəşəm idi. Komanda fantastik oynadı. Mərkəz müdafiəçiləri dominantlıq etdilər, yarımmüdafiəçilər çox böyük iş gördülər, hücumdakı futbolçular isə inanılmaz idilər.
Mən həmişə fərdi oyunçulardan daha çox komandanı önə çəkirəm. Amma Mbappenin etdikləri inanılmaz idi. O necə futbolçudur... Onun çox böyük ustalığı var”, – deyə Maurinyo bildirib.
Qeyd edək ki, “Real Madrid”in 4:1 hesablı qələbəsində Mbappe üç, Vinisius Junior isə bir qol vurub. “Real Sosyedad”ın yeganə qoluna Luka Suçiç imza atıb.
