Ronaldu “Əl-İttifaq”a qarşı, “Valensiya” “Betis”i qəbul edəcək: GÜNÜN AFİŞASI

25 Avqust 2026 09:46
93
Ronaldu “Əl-İttifaq”a qarşı, “Valensiya” “Betis”i qəbul edəcək: GÜNÜN AFİŞASI

Bu gün, avqustun 25-də milli futbol çempionatlarında maraq doğuran bir neçə qarşılaşma keçiriləcək.

İdman.Biz xəbər verir ki, Səudiyyə Ərəbistanı Pro Liqasında “Əl-İttifaq” Kriştianu Ronaldunun çıxış etdiyi “Əl-Nəsr”i qəbul edəcək. Hər iki komanda mövsümün ilk iki oyununda qələbə qazanıb və 6 xalla üz-üzə gələcək. Bununla belə, “Əl-Nəsr” 7 qol vurub və hələlik qapısından top buraxmayıb.

Dammamda keçiriləcək matç Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Daha sonra İspaniya La Liqasında “Valensiya” ilə “Betis” arasında görüş keçiriləcək. “Mestalya” stadionunda baş tutacaq qarşılaşma saat 23:00-da başlayacaq.

“Valensiya” üçün bu, mövsümün əvvəlində ardıcıl ikinci ev oyunu olacaq. İlk turda Karlos Korberanın komandası “Selta” ilə heç-heçə edib. “Betis” isə çempionata qələbə ilə başlayıb.

İspaniya La Liqası

23:00. “Valensiya” - “Betis”.

Səudiyyə Ərəbistanı Pro Liqası

22:00. “Əl-İttifaq” - “Əl-Nəsr”.

İdman.Biz