“Tottenhem” transferlərə 267 milyon avro xərcləyib: daha uç ulduzu istəyir

20 Avqust 2026 15:01
80
“Tottenhem” transferlərə 267 milyon avro xərcləyib: daha uç ulduzu istəyir

İngiltərənin “Tottenhem” klubu transfer çalışmalarını davam etdirir.

İdman.Biz “Sky Sports”a istinadən məlumat verir ki, London təmsilçisi Tonali, Fernandeş və van Hekkenin transferlərinə ümumilikdə 267 milyon avro xərclədikdən sonra heyətinə Savinyo, Marmuş və Qakponu da qatmaq niyyətindədir.

“Tottenhem” niderlandlı futbolçunu transfer edə bilməsə, alternativ variant kimi Pedro Netonu nəzərdən keçirəcək.

Beləliklə, “Tottenhem” yay transfer pəncərəsində heyətini daha da gücləndirmək üçün bir neçə yüksək səviyyəli futbolçunun transferi üzərində işləyir.

İdman.Biz