“Şamaxı” Azərbaycan çempionatlarında 900-cü qolunu vurub

12 Oktyabr 2026 12:07
104
“Şamaxı” Azərbaycan çempionatlarında 900-cü qolunu vurub

“Şamaxı” futbol komandası Azərbaycan çempionatlarının yüksək dəstəsində 900-cü qolunu vurub.

İdman.Biz xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adlarını da daşımış komandanın yubiley qolunu Abdullahi Şuaybu vurub.

O, Misli Premyer Liqasının yeddinci turunun “Zirə” ilə səfər görüşündə (1:1) fərqlənib.

900-cü qol 733-cü matça təsadüf edib. Evdə 482, səfərdə 418 dəfə fərqlənən “Şamaxı” ümumi qol sayında yalnız “Qarabağ”, “Neftçi” və “Kəpəz”dən geri qalır.

Qeyd edək ki, ilk qol 1999/2000 mövsümündə vurulub. 1999-cu il noyabrın 7-də “Neftçi” ilə ev oyununun (2:3) 37-ci dəqiqəsində fərqlənən Samir Ələkbərov klubun tarixinə düşüb.

İdman.Biz