Vircil van Deyk “Mançester Siti” ətrafında yaranan qalmaqala münasibət bildirib

12 Oktyabr 2026 11:37
94
Vircil van Deyk “Mançester Siti” ətrafında yaranan qalmaqala münasibət bildirib

“Liverpul”un niderlandlı müdafiəçisi Vircil van Deyk “Mançester Siti”nin maliyyə qaydalarını pozması məsələsinə münasibət bildirib.

İdman.Biz xəbər verir ki, təcrübəli müdafiəçinin açıqlamasını İngiltərə mətbuatı dərc edib.

“Deyə biləcəyim yeganə şey budur ki, iş hələ də davam edir. Mən bu rəqabətdən həqiqətən zövq almışam. Amma bu, meydanda baş verənlərə aiddir. Meydandan kənarda baş verənlər isə tamamilə başqa məsələdir.

İş hələ yekunlaşmadığı üçün bu barədə danışmağım düzgün olmaz. Məsələ lazımi qaydada həll olunandan sonra fikirlərimi mütləq bölüşəcəyəm. Hələlik gözləyək və görək nə baş verəcək”, - deyə Van Deyk bildirib.

Qeyd edək ki, “Mançester Siti” İngiltərə Premyer Liqasının maliyyə qaydalarını pozmaqda ittiham olunur. Klubun 100-dən çox mümkün pozuntu ilə bağlı işi üzrə yekun qərar hələ açıqlanmayıb.

İdman.Biz