Babək Quliyev “Sabah” - “Slaviya” matçında hakim-inspektor olacaq

12 Oktyabr 2026 12:56
93
Babək Quliyev “Sabah” - “Slaviya” matçında hakim-inspektor olacaq

Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan təyinat alıb.

İdman.Biz xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, o, UEFA Gənclər Liqasının əsas mərhələsində keçiriləcək “Sabah” - “Slaviya” (Çexiya) oyununda hakim-inspektor olacaq. B.Quliyev bu qarşılaşmada Norveçdən olan hakimlər briqadasının idarəçiliyini qiymətləndirəcək.

Qeyd edək ki, qarşılaşma oktyabrın 13-də “Bank Respublika Arena”da, saat 15:00-da start götürəcək.

İdman.Biz