“Zirə”nin müdafiəçisi yubileyə imza atıb

12 Oktyabr 2026 12:37
71
“Zirə”nin müdafiəçisi yubileyə imza atıb

“Zirə”nin futbolçusu Amin Seydiyev Premyer Liqada 200-cü oyununu keçirib.

İdman.Biz xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, futbolçunun yubiley matçı “Şamaxı” ilə qarşılaşmaya (1:1) təsadüf edib.

27 yaşlı müdafiəçi Misli Premyer Liqasının yeddinci turuna start heyətində çıxıb.

Debütü 2018/19 mövsümündə gerçəkləşən Amin Seydiyev 200 qarşılaşmada altı qol vurub. O, bu müddətdə üç klubun formasını geyinib. Müdafiəçi “Qəbələ”də 31 (1 qol), “Sabah”da 162 (5 qol) və “Zirə”də 6 dəfə şans qazanıb.

İdman.Biz