“Sabah” - “Slaviya” oyununa neçə bilet satılıb? - KLUBDAN İDMAN.BİZ-ə AÇIQLAMA

12 Oktyabr 2026 11:51
134
“Sabah” - “Slaviya” oyununa neçə bilet satılıb? - KLUBDAN İDMAN.BİZ-ə AÇIQLAMA

UEFA Çempionlar Liqasının əsas mərhələsinin ikinci turunda keçiriləcək “Sabah” - “Slaviya” (Çexiya) oyununa indiyədək satılmış biletlərin sayı açıqlanıb.

Azərbaycan təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidov İdman.Biz-in sorğusuna cavabında qarşılaşma üçün paket biletlər də daxil olmaqla, 51 minə yaxın biletin satıldığını bildirib.

Qeyd edək ki, “Sabah” UEFA Çempionlar Liqasının əsas mərhələsində ikinci matçını Bakı Olimpiya Stadionunda keçirəcək. “Bayquşlar” oktyabrın 13-də Çexiyanın “Slaviya” komandasını qəbul edəcək.

İdman.Biz
Məqalədə: