Zakaria Savo: “Bütün fikrimizi çempionluğa yönəltmişik” - MÜSAHİBƏ

12 Oktyabr 2026 11:22
102
Zakaria Savo: “Bütün fikrimizi çempionluğa yönəltmişik” - MÜSAHİBƏ

“Hədəfimiz 3 xaldır. Güclü rəqib, çox yaxşı komanda olduğunu bilirik”.

Bunu “Qarabağ”ın futbolçusu Zakaria Savo sportify.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– Zədədən sonrakı bərpa dövrünüz necə keçdi?

– Bərpam çox yaxşı keçdi. Tibbi şöbəmiz üzərimdə çox yaxşı işlədi, çox əziyyət çəkdi. Şadam ki, zədədən bərpa olunaraq, yaşıl meydanlara qayıtdım.

– Zədəli vaxtınızda “Qarabağ”ın avrokubokların əsas mərhələsindən kənarda qaldı. Özünüz formada olsaydınız, sizcə, bu, baş verərdimi?

– Belə demək olmaz. Çünki nəticə yalnız məndən asılı deyil. Komandada 25-30 futbolçu var. Futbol – kollektiv idman növüdür. Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazana bilməməyimizə görə çox pis olduq. İndi bütün fikrimizi çempionluğa yönəltmişik. Hədəfimiz budur.

– Gələn tur “Neftçi” ilə oynayacaqsınız. Gözləntiniz nədir?

– Hədəfimiz 3 xaldır. Güclü rəqib, çox yaxşı komanda olduğunu bilirik. Amma biz də “Qarabağ”ıq. Məqsədimiz qalib gəlməliyik.

– Milli komanda seçimi imkanınız olsaydı, İsveçi, yoxsa Qambiyanı seçərdiniz?

– (gülür – red.) Mən bilmirəm. Anam İsveçdən, atam Qambiyadandır. Hansı ölkədən çağırsalar, mən hazıram.

İdman.Biz