Duşan Vlahoviç “Beşiktaş”da 21-ci əsrin rekorduna imza atdı

12 Oktyabr 2026 10:35
83
Duşan Vlahoviç “Beşiktaş”da 21-ci əsrin rekorduna imza atdı

“Beşiktaş” futbol klubunun serbiyalı hücumçusu Duşan Vlahoviç Türkiyə Super Liqasında ardıcıl dörd oyunda qol vuraraq İstanbul klubunda 21-ci əsrin rekordunu müəyyənləşdirib.

İdman.Biz xəbər verir ki, Vlahoviç “Kocaelispor”la Super Liqanın yeddinci turu çərçivəsində baş tutan matçda 31-ci dəqiqədə penaltini dəqiq yerinə yetirərək komandasının qələbə qolunu vurub. Görüş “Beşiktaş”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticə ilə İstanbul təmsilçisi xallarının sayını 15-ə çatdıraraq turnir cədvəlinin ikinci pilləsinə yüksəlib.

Qeyd edək ki, Vlahoviç “Beşiktaş”a qoşulduqdan sonra ardıcıl dörd matçda fərqlənib. Futbolçu rekordla bağlı klubun rəsmi saytına açıqlamasında komanda yoldaşı Orkun Kökçünün də rolunu xüsusi vurğulayıb.

İdman.Biz