Avropanın üç aparıcı liqasında dörd oyun keçiriləcək - günün AFİŞASI

12 Oktyabr 2026 09:13
83
Avropanın üç aparıcı liqasında dörd oyun keçiriləcək - günün AFİŞASI

Bu gün, oktyabrın 12-də Avropanın üç aparıcı futbol çempionatında növbəti oyunlar keçiriləcək.

İdman.Biz xəbər verir ki, İngiltərə Premyer Liqasının altıncı turuna “Koventri Siti” - “Nyukasl” qarşılaşması ilə yekun vurulacaq.

İspaniya La Liqasının səkkizinci turunun son oyununda “Levante” doğma meydanda “Sevilya”nı qəbul edəcək.

İtaliya A Seriyasının altıncı turunda isə iki görüş təşkil olunacaq. “Atalanta” “Venesiya” ilə, “Torino” isə “Udineze” ilə üz-üzə gələcək.

Günün oyunları, Baki vaxtı ilə:

İngiltərə Premyer Liqası
23:00 “Koventri Siti” - “Nyukasl”

İspaniya La Liqası
23:00 “Levante” - “Sevilya”

İtaliya A Seriyası
20:30 “Atalanta” - “Venesiya”
22:45 “Torino” - “Udineze”

İdman.Biz