“Mançester Siti”nin norveçli hücumçusu Erlinq Holanda Ginnesin Rekordlar Kitabından eyni anda dörd sertifikat təqdim olunub.
İdman.Biz xəbər verir ki, göstəricilərdə əsasən futbolçunun qol bacarığı ön palana çıxır.
Beləliklı, Holand aşağıdakı nailiyyətlərə görə rekordlar kitabına düşüb:
Millətlər Liqasının tarixində ən yaxşı bombardir – 19 qol;
İngiltərə Premyer Liqası tarixində 100 qola ən sürətli çatan futbolçu – 111 oyun;
İngiltərə Premyer Liqasında bir mövsümdə ən çox qol vuran futbolçu – 2022/2023 mövsümündə 36 qol;
Çempionlar Liqasında bir oyunda “RB Leypsiq”ə qarşı beş qol vurması.
Beləliklə, Holand karyerasında daha bir dəfə dünya futbolunun rekordları siyahısında yer alıb.
