Bir qolu olmayan futbolçu Konfrans Liqasında qol vuraraq tarix yazdı - VİDEO

31 İyul 2026 16:47
89
Bir qolu olmayan futbolçu Konfrans Liqasında qol vuraraq tarix yazdı - VİDEO

Farer adalarının “Runavik” futbol komandasının danimarkalı yarımmüdafiəçisi Marius Krüger Lind UEFA Konfrans Liqasında tarixi göstəriciyə imza atıb.

İdman.Biz xəbər verir ki, bir qolu olmayan 27 yaşlı futbolçu turnirin ikinci təsnifat mərhələsində Sloveniyanın “Koper” komandası ilə cavab görüşündə fərqlənib. O, oyunun 70-ci dəqiqəsində fərqlənib. Yarımmüdafiəçinin qolu “Runavik”in mübarizəni davam etdirməsində mühüm rol oynayıb.

Farer adaları təmsilçisi ilk görüşdə 0:2 hesabı ilə məğlub olsa da, səfərdə keçirilən cavab matçını əlavə vaxtdan sonra 3:1 hesabı ilə qalib başa vurub. Ümumi hesab 3:3 olduğundan qalib penaltilər seriyasında müəyyənləşib. “Runavik” penaltilərdə 3:1 üstün olaraq növbəti mərhələyə yüksəlib.

Lind Avrokuboklarda qol vuran ikinci birqollu futbolçudur. Ondan 63 il əvvəl Şimali irlandiyalı hücumçu Cimmi Hasti “Dandolk”un heyətində Avropa Çempionlar Kubokunda İsveçrənin “Sürix” komandasına qol vurub. “Dandolk” həmin qarşılaşmada 2:1 hesablı qələbə qazanıb.

Hasti 14 yaşında istehsalat qəzası nəticəsində sol qolunu itirmişdi. Lind isə bir qolu olmadan dünyaya gəlib.

İdman.Biz