Kazemiro: “Messiyə titullar qazandırmaq istəyirəm” - FOTO

31 İyul 2026 16:38
98
Kazemiro: “Messiyə titullar qazandırmaq istəyirəm” - FOTO

ABŞ-nin “İnter Mayami” futbol komandasının braziliyalı yarımmüdafiəçisi Kazemiro yeni komandasını seçməsinin səbəblərindən danışıb.

İdman.Biz AFP-yə istinadən xəbər verir ki, 34 yaşlı futbolçu “İnter Mayami”nin yeni transferi kimi təqdimatı zamanı Lionel Messi ilə eyni komandada oynamaq istəyini xüsusi vurğulayıb. Kazemiro İtaliya klubları da daxil olmaqla, Avropadan bir sıra təkliflər aldığını açıqlayıb.

“Mənim çox variantım var idi. İtaliyadan təkliflər almışdım, oynaya biləcəyim çoxlu komandalar var idi. Amma olmaq istədiyim yerdəyəm. Messi ilə birlikdə olmaq, ona daha çox titul qazanmağa kömək etmək və onu olduğundan da böyük etmək istəyirəm”, - deyə yarımmüdafiəçisi söyləyib.

Braziliyalı futbolçu argentinalı komanda yoldaşını futbol tarixinin ən böyüklərindən biri adlandırıb:

“Mən sadəcə Leo Messiyə titullar qazanmağa davam etməkdə kömək etmək istəyirəm. O, futbol tanrılarından biridir, hətta futbol tanrısının özüdür”.

Kazemiro “Mançester Yunayted”dən ayrıldıqdan sonra azad agent kimi “İnter Mayami”yə keçib. Onun müqaviləsi 2027-ci ilin mövsümünün sonuna qədər nəzərdə tutulub və 2029-cu ilin iyununa qədər uzadılması üçün seçim mövcuddur.

İdman.Biz