“Kəpəz” futbol klubunun yeni mövsümə hazırlıq çərçivəsində keçirməli olduğu növbəti yoxlama oyunu baş tutmayacaq.
İdman.Biz xəbər verir ki, avqustun 1-də Qəbələ şəhər stadionunda keçirilməsi nəzərdə tutulan Qətərin “Əl-Xəraitiyat” klubuna qarşı görüş rəqib komandanın istəyi ilə ləğv edilib.
Gəncə təmsilçisi təlim-məşq toplanışı çərçivəsində bundan əvvəl ”Qəbələ”yə 1:2 hesabı ilə məğlub olub, “Şamaxı” və ”Sumqayıt”la isə qolsuz heç-heçə edib.
Qeyd edək ki, dünyaşöhrətli futbolçu Presnel Kimpembe də “Əl-Xəraitiyat”ın heyətində çıxış edir. Fransa millisinin heyətində 2018-ci ildə dünya çempionu olan müdafiəçi, həmçinin 2025-ci ildə PSJ ilə UEFA Çempionlar Liqasının qalibi adını qazanıb.
