“Arsenal” Bruno Qimaraeş üçün 90 milyonluq razılıq əldə edib

31 İyul 2026 16:08
113
“Arsenal” Bruno Qimaraeş üçün 90 milyonluq razılıq əldə edib

İngiltərənin “Arsenal” futbol komandası Braziliya millisinin və “Nyukasl”ın yarımmüdafiəçisi Bruno Qimaraeşin transferi ilə bağlı prinsipial razılığa gəlib.

İdman.Biz “L'Équipe”ə istinadən xəbər verir ki, London təmsilçisi 28 yaşlı futbolçu üçün 90 milyon avro (175,2 milyon AZN) ödəyəcək.

Qimaraeşin “Arsenal”la müqaviləsinin beş il müddətinə nəzərdə tutulduğu bildirilir. Braziliyalı futbolçu daha əvvəl “Nyukasl” rəhbərliyinə London klubuna keçmək istədiyini çatdırıb.

“L'Équipe” iyulun əvvəlində “Arsenal”ın 70 milyon avroluq ilk təklifinin “Nyukasl” tərəfindən rədd edildiyini, İngiltərənin şimal təmsilçisinin isə futbolçu üçün 90 milyon avro tələb etdiyini yazıb.

Qimaraeş 2022-ci ildən “Nyukasl”da çıxış edir. Onun komanda ilə müqaviləsi 2028-ci ilə qədərdir.

İdman.Biz