“Arsenal”ın transfer hədəfi olan Vinisiusun gələcəyi qeyri-müəyyən olaraq qalır

28 İyul 2026 17:13
87
“Arsenal”ın transfer hədəfi olan Vinisiusun gələcəyi qeyri-müəyyən olaraq qalır

İngiltərənin “Arsenal” futbol klubunun əsas transfer hədəflərindən biri hesab olunan Vinisius Juniorun gələcəyi ilə bağlı qeyri-müəyyənlik davam edir.

İdman.Biz "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, braziliyalı futbolçu bu həftə “Real”ın məşqlərinə qoşulmayacaq. Buna səbəb isə onun gələcəyi ilə bağlı davam edən qeyri-müəyyənlikdir.

Bildirilir ki, Madrid təmsilçisi bu həftə Vinisiusun nümayəndələri ilə danışıqlar aparacaq. Görüşün əsas məqsədi futbolçu ilə uzunmüddətli yeni müqavilə barədə razılığa gəlməkdir.

Sol cinahını gücləndirmək istəyən “Arsenal” isə vəziyyəti yaxından izləyir və 25 yaşlı hücumçunun transferində maraqlıdır.

Məlumata görə, “Real”ın baş məşqçisi Joze Mourinyo braziliyalı futbolçunun komandada qalmasını istəyir. Klub da onunla yeni müqavilə imzalamaqda israrlıdır.

Lakin Vinisiusun hazırkı müqaviləsinin başa çatmasına cəmi bir il qalıb. Tərəflər yeni anlaşma əldə edə bilməsələr, “Real” futbolçunu gələn yay onu azad agent kimi itirməkdənsə, bu yay satmağa üstünlük verə bilər.

İdman.Biz