Yamalın sevgilisi Bellinqemi seçdi: Keçmiş münasibət barədə açıqlaması gündəm oldu - VİDEO

22 İyul 2026 14:49
111
Yamalın sevgilisi Bellinqemi seçdi: Keçmiş münasibət barədə açıqlaması gündəm oldu

"Barselona" və İspaniya millisinin futbolçusu Lamin Yamalın sevgilisi İnes Qarsiya sosial şəbəkələrdə onun iştirakı ilə bağlı köhnə videoların yenidən yayılmasından sonra diqqət mərkəzinə düşüb.

İdman.Biz xəbər verir ki, yayılan videolardan birində Qarsiya Yamalın argentinalı müğənni Niki Nikolla əvvəlki münasibəti barədə fikirlərini bölüşür.

Onun sözlərinə görə, Niki Nikol futbolçu milyonçu və tanınmış oyunçu olmasaydı, Yamala diqqət göstərməzdi.

Digər bir video da sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. "Yamal, yoxsa Mbappe?" sualına Qarsiyanın rəfiqələrindən biri "Cud Bellinqem" cavabını verib.

Qarsiya isə heç düşünmədən eyni cavabı səsləndirib: "Bellinqem".

Videoların dəqiq çəkilmə tarixi və tam konteksti rəsmi şəkildə təsdiqlənməyib. Görüntülər əsasən sosial şəbəkə hesabları vasitəsilə yayıldığı üçün bəzi fikirlər daha uzun söhbətlərdən ayrı götürülmüş ola bilər.

21 yaşlı Qarsiya moda, gözəllik və həyat tərzi mövzusunda kontent hazırlayır. O, Sevilya şəhərindəndir.

Qarsiya ilə Yamalın münasibəti 2026-cı ilin mayında məlum olub. O, DÇ-2026 zamanı futbolçunu müşayiət edib və İspaniya millisinin Argentinaya qalib gəldiyi final oyununu tribunadan izləyib.

Yamal və Niki Nikol münasibətlərini 2025-ci ilin avqustunda rəsmən təsdiqləyiblər. Üç ay sonra futbolçu ayrıldıqlarını açıqlayıb və bildirib ki, bu ayrılıq xəyanət və ya üçüncü şəxsin olması ilə bağlı deyil.

İdman.Biz