“Arsenal” 23 yaşlı futbolçuya 100 milyon avro xərcləyə bilər

18 İyul 2026 10:22
98
“Arsenal” 23 yaşlı futbolçuya 100 milyon avro xərcləyə bilər

Futbol üzrə İngiltərə millisinin və Birmingem təmsilçisi “Aston Villa”nın hücumameyilli yarımmüdafiəçisi Morqan Rocers “Arsenal”a transferə yaxındır.

İdman.Biz xəbər verir ki, bu barədə insayder Saşa Tavoleri məlumat yayıb.

Jurnalistin sözlərinə görə, tərəflər arasında aparılan danışıqlar müsbət məcrada davam edir. Potensial transferin dəyəri təxminən 100 milyon avro ola bilər. "Topçular" Rocerslə 2031-ci ilin yayına qədər qüvvədə olacaq uzunmüddətli müqavilə imzalamağı planlaşdırırlar.

23 yaşlı vinger ötən mövsüm İngiltərə Premyer Liqasında 37 oyuna çıxıb. O, bu görüşlərdə 10 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

İdman.Biz
Məqalədə: