Azərbaycanlı hakimlər Çempionlar Liqasının oyununa təyinat alıblar

17 İyul 2026 12:33
101
Azərbaycanlı hakimlər Çempionlar Liqasının oyununa təyinat alıblar

Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA Çempionlar Liqasının oyununa təyinat alıb.

İdman.Biz xəbər verir ki, o, ikinci təsnifat mərhələsində Serbiyanın “Srvena Zvezda” və Şimali İrlandiyanın “Larn” komandaları arasında keçiriləcək cavab görüşünü idarə edəcək.

Məsiyevə yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək. VAR hakimi Kley Ruperti (Niderland), onun köməkçisi isə Nicat İsmayıllı olacaq.

Qeyd edək ki, iyulun 29-da Belqraddakı “Rayko Mitiç” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

İdman.Biz