Qabon millisinin hücumçusu Pyer-Emerik Obameyanq yenidən İspaniya La Liqasında çıxış etməyə yaxındır.
İdman.Biz xəbər verir ki, 37 yaşlı futbolçu “Marsel”dən “Deportivo”ya keçəcək. La-Korunya təmsilçisinin transfer üçün Fransa klubuna 1,5 milyon avro (3 milyon AZN) ödəyəcəyi bildirilir.
Tərəflər arasında razılaşmanın əldə olunduğu və transferin yaxın zamanda rəsmiləşdiriləcəyi gözlənilir. “Marsel” daha əvvəl hücumçunun satış qiymətini 1,5 milyon avro müəyyənləşdirmişdi.
Obameyanq 2022-ci ildə “Barselona”nın heyətində La Liqada çıxış edib. O, Kataloniya klubundan ayrıldıqdan sonra “Çelsi”, “Əl-Qadisiyyə” və “Marsel”də forma geyinib.
