Lamin Yamalın Barselonadakı evini qarətə cəhd göstərildi

15 İyul 2026 17:15
96
Lamin Yamalın Barselonadakı evini qarətə cəhd göstərildi

İspaniya millisinin və “Barselona” futbol komandasının üzvü Lamin Yamalın evində qarət cəhdinin qarşısı alınıb.

İdman.Biz xəbər verir ki, hadisə İspaniya millisinin DÇ-2026-nın yarımfinalında Fransanı 2:0 hesabı ilə məğlub edərək finala yüksəlməsindən bir neçə saat sonra baş verib.

“El Español”un məlumatına görə, iki maskalı şəxs futbolçunun Barselona yaxınlığında yerləşən evinin hasarına qalxaraq əraziyə daxil olmağa çalışıb. Mühafizəçilər onları təhlükəsizlik kameraları vasitəsilə görüblər.

Mühafizə xidmətinin müdaxiləsindən sonra şübhəlilər hadisə yerindən qaçıblar. Qarət cəhdi zamanı evdən hər hansı əşyanın aparılmadığı bildirilir.

Qeyd edək ki, İspaniya DÇ-2026-nın yarımfinalında Fransaya 2:0 hesabı ilə qalib gəlib. Lamin Yamal qarşılaşmada komandasının qazandığı penalti zərbəsində iştirak edib. İspaniya finalda İngiltərə - Argentina görüşünün qalibi ilə üz-üzə gələcək.

İdman.Biz