“Barselona” Aleks Kamposla müqaviləni uzatdı

15 İyul 2026 14:08
76
“Barselona” Aleks Kamposla müqaviləni uzatdı

İspaniyanın “Barselona” futbol komandasının müdafiəçisi Aleks Kamposun klubdakı gələcəyinə aydınlıq gəlib.

İdman.Biz xəbər verir ki, İspaniyanın U-18 millisinin kapitanı Kataloniya təmsilçisi ilə yeni müqavilə imzalamağa razılaşıb.

Yeni sazişə əsasən, Kampos 2029-cu ilin iyununa qədər “Barselona”da çıxış edəcək. Müqavilədə klubun istəyindən asılı olaraq onu daha bir mövsüm - 2030-cu ilin yayına qədər uzatmaq imkanı da nəzərdə tutulub.

Gənc müdafiəçi “Barselona”nın gələcək planlarında önəmli fiqurlardan biri hesab olunur.

İdman.Biz