Azərbaycan əsilli futbolçu yeni kluba keçdi

13 İyul 2026 19:31
119
Azərbaycan əsilli futbolçu yeni kluba keçdi

Rusiyanın “SKA Xabarovsk” futbol klubu yarımmüdafiəçi Azərbaycan əsilli Sadıq Bağıyevi Moskva “Torpedo”sundan icarəyə götürüb.

İdman.Biz-in “Torpedo”nun mətbuat xidmətinə istinadən bildirir, iyirmi iki yaşlı yarımmüdafiəçi Sadıq Bağıyev karyerasını “SKA Xabarovsk”da davam etdirəcək.

Klublar oyunçunu 2026/2027 mövsümünün sonuna qədər icarəyə götürmək barədə razılığa gəliblər. İcarə müqaviləsində satın alma seçimi yoxdur.

Bağıyev “Torpedo”da səkkiz oyun keçirib və bir qol vurub.

Sadıq Bağıyev 2026-cı ilin yanvarında SKA-dan “Torpedo”ya transfer olmuşdu.

İdman.Biz