UEFA Avropa Liqası: İslandiyanın “Vestri” klubu “Qarabağ” üçün 100 bilet ayırıb

13 İyul 2026 11:28
91
UEFA Avropa Liqası: İslandiyanın “Vestri” klubu “Qarabağ” üçün 100 bilet ayırıb

UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyununda İslandiyada “Vestri”nin qonağı olacaq “Qarabağ”a 100 bilet ayrılıb.

Bu barədə Ağdam təmsilçisinin Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev məlumat verib.

O, iyulun 14-də, saat 16:00-da çarter reysi ilə birbaşa İslandiyaya yollanacaqlarını söyləyib.

“Matçdan bir gün əvvəl plana uyğun olaraq mətbuat konfransı və komandanın açıq məşqi keçiriləcək. Bizə 100 bilet ayrılıb. Komandanı nə qədər azarkeşin dəstəkləyəcəyini oyun zamanı biləcəyik”, - deyə o report.az-a bildirib.

Xatırladaq ki, “Vestri” - “Qarabağ” oyunu iyulun 16-dan 17-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Görüş 1596 tamaşaçı tutumuna malik “Torfnesvöllur” stadionunda keçiriləcək.

Bakıdakı ilk oyunda “Qarabağ” üç cavabsız qolla qalib gəlib.

İdman.Biz
Məqalədə: