Azərbaycan klubları bu həftə UEFA reytinqinə ümumilikdə 0,750 əmsal qazandırıblar.
İdman.Biz xəbər verir ki, son olaraq UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində “Qarabağ” doğma meydanda İslandiyanın “Vestri” klubunu 3:0 hesabı ilə məğlub edərək ölkənin hesabına daha 0,250 əmsal yazdırıb.
Bundan əvvəl UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində “Sabah” Uels təmsilçisi TNS üzərində 2:0 hesablı qələbə qazanmışdı. UEFA Konfrans Liqasının eyni mərhələsində isə “Zirə” Gürcüstanın “Torpedo” komandasını 3:0 hesabı ilə üstələmişdi.
Hər üç Azərbaycan təmsilçisi qazandığı qələbə ilə ölkənin UEFA reytinqinə 0,250 əmsal əlavə edib. Bununla da Azərbaycan bu həftə ümumilikdə 0,750 əmsal əldə edib.
Azərbaycan (19,312) hazırda reytinqdə 26-cı pillədə qərarlaşıb. Slovakiya (18,250) 27-ci, İsrail (20,750) 25-ci yerdədir.
Qeyd edək ki, UEFA reytinqinə İngiltərə (101,852) başçılıq edir.
