"Mançester Yunayted" "Vest Hem"in cinah oyunçusu Krisensio Sammervillə maraqlanmağa davam edir.
"Qırmızı şeytanlar" Niderland millisinin üzvü ilə bağlı London klubu ilə ilkin danışıqlar aparıb.
İdman.Biz bu barədə Sky Sports-a istinadən xəbər verir.
Mənbənin məlumatına görə, "qırmızı şeytanlar" 2026-cı il dünya çempionatından sonra kluba qayıtması gözlənilən hücumçu Markus Reşfordun potensial satışından əldə edilən gəlirdən istifadə edərək Sammervilli əldə etməyə çalışır.
Ötən mövsüm Sammervil bütün yarışlarda 34 oyunda meydana çıxıb, yeddi qol vurub və beş məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 35 milyon avrodur.
