“Qarabağ”ın eks-futbolçusu Rusiya klubuna keçib

10 İyul 2026 01:02
80
“Qarabağ”ın eks-futbolçusu Rusiya klubuna keçib

Rusiyanın “Axmat” futbol klubu “Qarabağ”ın keçmiş yarımmüdafiəçisi Juliu Romaunu heyətinə qatıb.

İdman.Biz bildirir ki, 28 yaşlı futbolçunun müqaviləsi 2029-cu ilə qədərdir.

"Romau Serbiyada "Axmat"ın təlim-məşq toplanışına gəlib. Yeni oyunçumuzu salamlayırıq və ona uğurlar arzulayırıq!", - Qroznı klubunun açıqlamasında deyilir.

Romau 2022-25-ci illərdə “Qarabağ”da oynayıb və üç dəfə Azərbaycan çempionu olub.

Braziliyalı futbolçu bu komandada 120 oyun keçirib, iki qol vurub və beş məhsuldar ötürmə edib.

İdman.Biz