“Topa sahib olmanı yaxşılaşdırmalıyıq” - “Vestri”nin baş məşqçisinin İDMAN.BİZ-ə şərhi

9 İyul 2026 22:25
79
“Topa sahib olmanı yaxşılaşdırmalıyıq” - “Vestri”nin baş məşqçisinin İDMAN.BİZ-ə şərhi

“Cavab görüşündə oyun keyfiyyəti daha çox artırmalıyıq. Topla oyun tərzini və topa sahib olmanı yaxşılaşdırmalıyıq”.

“Vestri” komandasının baş məşqçisi Daniel Osafo-Badu bu sözlərin İDMAN.BİZ-in “Qarabağ”la cavab görüşündə nələri dəyişəcəyi barədə sualına cavab verərkən deyib.

Qeyd edək ki, UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda “Qarabağ” Bakıda İslandiyanın “Vestri” klubunu 3:0 hesabı ilə məğlub edib.

Osafo-Badu nəticədən razı qalmasa da, oyundan məmnun qalıb: “Qazandığımız təcrübədən və oyunçuların göstərdiyi oyundan razı qaldım. Lakin nəticə təbii ki, bizi məyus edir.

Çox çətin oyun oldu. “Qarabağ” sözün əsl mənasında keyfiyyət nümayiş etdirdi”.

Komandaların cavab görüşü bir həftədən sonra İslandiyada olacaq.

İslam Atakişiyev

İdman.Biz