Müğənni Samirə futbolçu qızının arzularından danışdı - VİDEO

8 İyul 2026 12:05
106
Müğənni Samirə futbolçu qızının arzularından danışdı - VİDEO

Müğənni Samirə ƏliMəryəm qızı Məryəmin idmana olan sevgisindən danışıb.

İdman.Biz xəbər verir ki, o, “Qonaqcanlı” verilişində qızının futbola marağının hələ erkən yaşlarından yarandığını bildirib.

Samirə ƏliMəryəm əvvəlcə qızının bu istəyini uşaqlıq həvəsi kimi qiymətləndirsə də, sonradan bunun ciddi marağa çevrildiyini qeyd edib.

“Qızım 3 yaşından topla oynayırdı. İlk vaxtlar bunu sadəcə uşaqların marağı kimi qəbul edirdim. Amma zaman keçdikcə gördüm ki, futbola sevgisi daha da artır. Açığı, onun futbolçu olmasını çox istəmirdim. Çünki qızdır və bu, fiziki baxımdan çətin idman növüdür. Amma bir dəfə mənə dedi ki, arzularımı puç etmə. Bu söz məni çox təsirləndirdi.

Artıq təxminən 3 ildir peşəkar futbolla məşğul olur. Onun gələcəkdə nə dərəcədə uğurlu futbolçu olacağını zaman göstərəcək. İndi isə kunq-fu ilə də məşğul olmaq istəyir. Hər iki idman növünü bir arada davam etdirməyi düşünür”, - deyə o bildirib.

İdman.Biz