“İmişli” daha bir futbolçu transferini açıqlayıb.
İdman.Biz xəbər verir ki, bu barədə klub məlumat yayıb.
19 yaşlı qapıçı Sadiq Məmmədzadə ilə müqavilə imzalanıb.
Onun sözləşməsinin müddəti iki illikdir.
Xatırladaq ki, daha əvvəl komanda Fərid Nəbiyev və Bəxtiyar Həsənalızadəni heyətinə qatıb.
12:54
“İmişli” daha bir futbolçu transferini açıqlayıb.
İdman.Biz xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Bölgə təmsilçisi 29 yaşlı mərkəz müdafiəçisi Bəxtiyar Həsənalızadə ilə bir illik müqavilə imzalanıb.
Qeyd edək ki, oyunçu karyerası ərzində “Sumqayıt”, “Zirə”, “Sabah” və Türkiyənin “Tuzlaspor” klublarında çıxış edən oyunçu son olaraq “Araz-Naxçıvan”ın formasını geyinib.
Xatırladaq ki, daha əvvəl də komanda Fərid Nəbiyevi heyətinə qatıb.
09:38
“İmişli” yeni futbolçu transferini açıqlayıb.
İdman.Biz xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Bölgə təmsilçisi 26 yaşlı yarımmüdafiəçi Fərid Nəbiyevlə bir illik müqavilə imzalayıb.
Oyunçu karyerası ərzində “Slaviya” (Praqa), “Viktoriya” (Jijkov), “Kəpəz”, “Turan Tovuz” və “Səbail” klublarının formasını geyinib. O, son olaraq “Kəpəz”in uğurları üçün mübarizə aparıb.
