“Sabah” Azərbaycanın UEFA reytinqində əmsalını artırıb

8 İyul 2026 10:08
98
“Sabah” Azərbaycanın UEFA reytinqində əmsalını artırıb

“Sabah” futbol klubu Azərbaycanın UEFA reytinqindəki əmsalını artırıb.

İdman.Biz xəbər verir ki, buna Bakı təmsilçisinin UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin ilk oyununda Uelsin TNS klubunu məğlub (2:0) etməsi səbəb olub.

“Sabah”ın qələbəsi ölkə reytinqinə 0,250 əmsal qazandırıb.

Hazırda Azərbaycan 18,812 əmsalla UEFA reytinqində 26-cı pillədə qərarlaşıb. 27-ci sırada 18,250 əmsalla Slovakiya, 25-ci yerdə isə 20,750 əmsalla İsrail yer alıb.

Qeyd edək ki, UEFA reytinqinə 101,852 əmsalla İngiltərə başçılıq edir.

İdman.Biz
Məqalədə: